Finlandiyada doğuş səviyyəsi 1776-cı ildən bəri ən aşağı səviyyəyə çatıb.
Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə ümumi doğuş əmsalı 1,26 olub ki, bu da son 250 ilin ən aşağı göstəricisidir. Ötən il ölkədə 43 minə yaxın uşaq doğulub.
Materialda həmçinin qeyd olunur ki, ötən il doğulanların demək olar ki, 16%-i xarici dildə danışan anaların uşaqlarıdır. 2020-ci ildən 2023-cü ilə qədər olan dövrdə ən aşağı doğum göstəriciləri əhalisi 20 mindən çox olan bələdiyyələrdə - Tampere, Yoensuu, Turku və Savonlinnada qeydə alınıb.
Finlandiyada qadınlar ilk övladını orta hesabla 30 yaşında dünyaya gətirir, kişilər isə 32 yaşında uşaq istəyirlər.
Zaur
BakuPost