Ru
00:54 / 17 Mart 2023

Bu ölkədə məmurların “TikTok”dan istifadəsi qadağan olundu

9844
Böyük Britaniya rəsmi şəxslərə Çin sosial şəbəkəsi “TikTok”dan iş telefonlarında istifadə etməyi qadağan edib.

Bakupost.az xəbər verir ki, bu barədə Lankaster Hersoqluğunun kansleri Oliver Douden bildirib.

Qərar sosial şəbəkənin hökumət məlumatlarını əldə etmə riski ilə bağlıdır.

Douden bildirib ki, sosial şəbəkədən istifadənin məhdudlaşdırılması “kibertəhlükəsizlik üzrə ekspertlərimizin məsləhəti ilə” atılan “müdrik” addımdır. O əlavə edib ki, iş telefonlarındakı “TikTok” dərhal bloklanacaq.
Britaniya hakimiyyətinin qərarına cavab olaraq, “TikTok” məyus olduğunu bildirib.

“Biz inanırıq ki, bu qadağalar əsaslı yanlış təsəvvürlərə əsaslanır və geosiyasətdən irəli gəlir”, - deyə sosial şəbəkənin mətbuat xidməti bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər