Ru
13:21 / 11 Noyabr 2026

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
Eye

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcudddur. Eyni istehlak şərtlərinin müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiqi ağır nəticələr doğurur".

"Bakupost" qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.

"Biz bütün ölkədə kommunal tariflərin birdən dəyişdirilməsindən danışmırıq. Söhbət sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələr üçün fərqli yanaşmadan gedir. Belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edirik. Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla, əlavə ödəniş əmsalları müəyyən edilə bilər. Sərhəd və dağ kəndlərində məskunluğun gücləndirilməsi üzrə dövlət proqramının qəbulu ölkə başçısının narahatlqıla vurğuladığı paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər", - komitə sədri qeyd edib.

Şərhlər
  • Nurlan

    İlin axırında deputatlar çoxlu vədlər verir.

  • Akif

    Qusarda hemşinin

  • Allahverdili Y

    Gurcustanin qazi olmaya- olmaya guzestler bizden yaxsidir. Butun soyuq tez dusen rahonlara

  • Kəlbiyev

    Əfqan

  • Əzizova Günay

    Şəki

  • Əzizova Günay

    Səki şəhəri soyuq olur.Əmək haqqimiz qış aylarinda cox hissəsi qaz puluna gedir. Odəməyəndə də qazi kəsillər.Biz necə edək.Usaqlara göre yandiririq.Amma dəmək olar ki qaz pulu həddindən artiq coxdur.Qis aylarinda limit aşağı salinsa yaxşı olar.

  • Durdane Mustafayeva

    Bu qoyulan limiti legv edin.Kasiblari nezere alin.Bir terefden kiraye qirir belimizi,bir terefden de kommunal.Elece deyirsiz ki yixil ol ay kasib.

  • Vüqar

    Zaqataıanın hər tərəfi daglıqdır

  • Qorxmaz

    Şəkidə oktyabr ayından aprelə kimi qaz yandırırıq. Minimum əmək haqqı alıram, 150-200 manat təkcə qaza pul gedir. Limit 1 aya qurtarır. Qazla bağlı qanunlar bina evlərinə görə təyin edilib. Bakının 99 %-i bina evləridir, mərtəbələr biri o birini isti saxlayır. Rayon yerlərində isə ancaq həyət evləridir, isidib çatdırmaq olmur.

  • Sənan Abdullayev

    Qəbələdə elə kəndlər var ki, ümumiyyətlə qaz yoxdur. Qurumuş ağacları belə kəsməyə icazə vermirlər. Elektrik enerjisi də yüksək həddədir.

  • Dadaşova Təranə

    Qarabağda köç edən insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün burda qaza və işığa qış aylarında güzəşt olunmalıdır. Ümumiyyətlə, bir təklifim var . Dağ rayonlarında hava əsasən soyuq keçir .bu rayonlara qazı Gürcüstana verilən qiymət ilə verilsin

  • Nəbiyev

    Gədəbəydə mənfi 20 dərəcə olur

  • Etibar məmmədov

    Zaqatala rayonundada qış tez düşür

  • Turanbagbanli

    Şəki

  • Turanbagbanli

    Şəki

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar