Ru
22:36 / 06 May 2024

Bu şəxslərə 1380 manat müavinət verilir - VİDEO

1231
Cəzaçəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə 1380 manat birdəfəlik müavinət verilir.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, qanunla təsdiq edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil.

Millət vəkili deyir ki, müavinətin alınması üçün müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəzaçəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.

Qeyd edək ki, müavinətin ödənişi qanunvericilikdə müəyyən edilmiş əsaslarla cəzaçəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilmiş arayış təqdim edilməklə həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər