Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuk bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
Bakupost.az xəbər verir ki, bu barərə Krala etimadnaməsini verən səfir Elçin Hüseynli deyib.
O, Kralla söhbət zamanı 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.