DOST şəbəkəsi genişləndiriləcək.
Bakupost.az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, DOST mərkəzlərinin regional filialları açılacaq ki, bu da xidmətlərdən vətəndaşların rahat istifadə edə bilməsi üçün nəzərdə tutulub.
“2026-cı ilə qədər regional mərkəzlərin, həmin ilin sonuna isə filialların fəaliyyətə başlaması nəzərdə tutulub. Beləliklə bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq”, - deyə o qeyd edib.