Bir sıra Avropa İttifaqı ölkələri Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynanın işğalından sonra ilk dəfə olaraq Rusiya ilə iqtisadi məsələlərdə münasibətləri bərpa etmək planlarına etiraz etmək niyyətindədir.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg bildirib.
Agentlik məlumatlı mənbələrə istinadən bildirib ki, sentyabrın 11-də Aİ nümayəndələrinin görüşündə Fransa, Belçika və Polşa, eləcə də bir sıra Baltikyanı və Şimali Avropa ölkələrinin rəsmiləri BVF-nin bu ayın əvvəlində Moskva ilə illik iqtisadi təhlilləri bərpa etmək qərarına təəccübləndiklərini deyiblər.
Litvanın nümayəndəsi bildirib ki, ölkə sentyabrın 13-də Avropanın maliyyə nazirləri ilə Budapeştdə keçirilən görüşündə məsələni birbaşa Georgiyeva (BVF-nin direktoru) ilə müzakirə etməyi planlaşdırırlar.
Diplomat əlavə edib ki, onların fikrincə, bu addım prezident Vladimir Putinə iqtisadi yardım və legitimlik təklifidir. Aİ və ABŞ isə Rusiyanı təcrid etməyə çalışırlar.
Litva nümayəndəsi həmçinin bildirib ki, 2022-ci ilin fevral işğalından sonra ilk dəfə beynəlxalq təşkilatın Rusiyaya ilk missiyası Moskva tərəfindən beynəlxalq təcridinin yumşaldıldığını göstərmək üçün təbliğat məqsədilə istifadə edilə bilər.
Aİ nümayəndələri bildiriblər ki, onlar Georgiyevaya bir neçə Aİ üzvünün imzaladığı və Moskva ilə münasibətlərin normallaşmasına gətirib çıxaran prosesdən narahatlıq ifadə edən məktub da göndərməyi planlaşdırır.
Bu həftənin əvvəlində BVF artıq regionun iqtisadi vəziyyətinin əvvəlkindən “daha stabil” olduğunu əsas gətirərək Rusiya iqtisadiyyatının illik təhlilini bərpa etdiyini bildirib. Qeyd olunub ki IV Maddə üzrə qiymətləndirmə kimi tanınan təhlil fond və onun üzvləri arasında “qarşılıqlı öhdəlikdir”.
"IV Maddə bir seçim deyil, bütün üzv ölkələrin xeyrinə həyata keçirilən fondun institusional öhdəliyidir" - BVF-dən qeyd ediblər.
Fondun Avropa departamentinin rəhbəri Alfred Kammer müsahibəsində bildirib ki, "indi biz iqtisadi təhlil verə biləcəyimiz mövqedə olduğumuza inanırıq".
Həm BVF, həm də Rusiya əlaqələrin yenilənməsinə kimin təşəbbüs göstərdiyini açıqlamaqdan imtina ediblər.
Zaur
BakuPost