Ru
15:52 / 07 Mart 2024

Çəkdiyi rəsm 1 milyona satılan donuz öldü - FOTO

 Çəkdiyi rəsm 1 milyona satılan donuz öldü - FOTO
8820

Cənubi Afrikada rəsmlər çəkən və "Pikasso" ləqəbi ilə məşhurlaşan donuz ölüb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, heyvan abstrakt rəsmlər çəkərək 1 milyona yaxın pul qazanmışdı.

"Pikasso"nun həyatı da də asan keçməyib. Onu heyvanların cəngindən bir qadın xilas edib və qoruğa təhvil verib. Yuvasında köhnə fırça tapan donuz onunla şəkil çəkməyə başlayıb.

"Pikasso"nun ən məşhur rəsmi “Vəhşi və azad”dır. Rəsm auksionda 1 milyona satılıb.

Dünən donuzu qəfəsində ölmüş tapıblar. Ölüm səbəbi xroniki revmatoid artrit xəstəliyidir.

Aygün Musayeva, BakuPost




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar