Ru
23:24 / 21 İyul 2025

Çempionlar Liqası: "Qarabağ"ın oyununu haradan izləyək?

Çempionlar Liqası: "Qarabağ"ın oyununu haradan izləyək?
Eye

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” oyununu “Tolka Park” stadionunda izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılıb.

Bakupost.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.

Azərbaycanlı azarkeşlər üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar