Ru
21:24 / 16 Yanvar 2023

Civə ilə zəhərləyir, xərçəng yaradır - Köhnə batareyaları evdə saxlamayın!

1542
Fikir vermisinizsə, məişətdə işlədilən batareyaların korpusunda zibilqabı işarəsi yoxdur. Bu o deməkdir ki, onu zibil qabına atmaq olmaz. Avropa və digər ölkələrdə batareyalar təhvilalma məntəqələrində əhalidən alınır və zərərsizləşdirilir. Azərbaycanda isə köhnə batareyalarla uşaqlar evdə oyuncaq kimi oynayır, yaxud siyirmələrdə aylarla qalır. Zibilliyə atılan bu batareyalar düşdüyü ərazini zəhərləyir.

Ağır metallar, duzlar, civə, kanserogen maddələrlə dolu olan batareyalar azı 10 il insal həyatı üçün təhlükəlidir.

İşlənmiş batareyanın tərkibində kadmiy, maqniy, civə, nikel, qurğuşun da var ki, bunlar da orqanizm üçün təhlükəlidir.

Bakupost.az işlənmiş və açıq batareyaların uşaq və böyüklərin orqanizminə ziyanı ilə bağlı məlumatları təqdim edir:

İşlənmiş batareyalar dəri xəstəlikləri, bronxit, civə ilə zəhərlənmə, beyin xəstəlikləri, sinir zədələnmələri, böyrək və sümük xəstəlikləri, anomaliyalar, xərçəng və s. yaradır.

Batareyalardakı zərərli maddələr oğlan və qız uşaqlarının bədənində toplanaraq onlarda hormonal pozuntu, sonsuzluq yaradır. Eləcə də ana bətnində dölün qüsurlu olmasına səbəb olur.

Məişətdə istifadə olunan irili-xırdalı batareyalar bankaya qoyularaq, xüsusi məntəqəyə təhvil verilməlidir.
Artıq həmin məntəqələrin yerləri elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrinin sayı artırıləb. PMD şirkətlər qrupuna daxil olan biznes və ticarət mərkəzində (Çinar Plaza, Dalğa Plaza, Bayıl Plaza, BEGOC Biznes Mərkəzi, Şərq Bazarı, Zefir Mall, “PMD Group” mərkəzi ofis) batareya qutuları yerləşdirilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən 2022-ci ilin may ayından etibarən start verilən layihə çərçivəsində ötən il ərzində 297 kq işlənmiş batareya təhvil alınıb.

Aygün Musayeva,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər