Ru
15:59 / 12 Fevral 2026

“Çox təhlükəli qadındır” – “Beautytime” rəhbərinin qurbanları artır

“Çox təhlükəli qadındır” – “Beautytime” rəhbərinin qurbanları artır
Eye

Xəbər verdiyimiz kimi, tanınmış influenser Fidan Zeyn və “Azerina” adı ilə tanınan psixoloq və “life coach” Əfsanə Qasımlı iş xanımı kimi tanınan “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən aldadıldıqlarını iddia ediblər.

Bakupost.az xəbər verir ki, daha bir bloqer Aypara Məmmədova da Könül Həmzəyeva ilə bağlı oxşar iddialar səsləndirib.

O, açıqlamasında vaxtilə birlikdə butik açdıqlarını və bu əməkdaşlıq zamanı problemlərlə üzləşdiyini bildirib:

“Bu qadın vaxtilə mənim də başıma oyun açıb. Birlikdə butik açmışdıq, açmaz olaydım. Təklif özü tərəfindən gəlmişdi. İşimdə mənə çox böyük zərbə vurdu. Çox təhlükəli qadındır. Deyiləsi çox sözüm var, amma cümlələrə sığmaz. Bu paylaşımı Fidan Zeynə dəstək olmaq üçün edirəm. Haqq-ədalət öz yerini tapmalı, bu qadın cəzalandırılmalıdır”, – deyə o qeyd edib.

Yasəmən, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar