Ru
18:52 / 21 Aprel 2026

Bu xəstəxananın direktoru işdən çıxdı – TƏBİB-də dəyişikliklər genişlənir

Bu xəstəxananın direktoru işdən çıxdı –  TƏBİB-də dəyişikliklər genişlənir
Eye

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Bakupost.az-a daxil olan məlumata görə, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb.

P.Hacıyevin işdən azad olması üçün ərizəni aprel ayının 8-də, Anar Bayramov TƏBİB-in rəhbəri təyin edilməmişdən öncə yazıb. 

Tanınmış həkim bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar