Ru
17:27 / 16 Mart 2023

Daha bir erməni generalın həbsinə qərar verildi

2677
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, fevralın 21-də İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Xaçaturovun həbs edilməməsinə qərar vermişdi. Ermənistan Baş Prokurorluğu bu qərardan Apellyasiya Cinayət Məhkəməsinə şikayət verib.

3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov baş prokuror Anna Vardapetyanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət təqibi üçün parlamentdən icazə almasından sonra saxlanılıb. Hər iki keçmiş yüksək rütbəli hərbçi iki hərbi hissənin ərazisini satılması ilə bağlı maxinasiyalarda ittiham olunur.

Xaçaturovda 2006-2010-cu illərdə hərbi hissələrdən birinin komandiri olduğu dövrdə çirkli pulların yuyulmasında iştirak etməkdə də ittiham olunur.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər