Ru
17:09 / 06 May 2024

Daha bir jurnalist həlak oldu

1195
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.

Bakupost.az xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisindən açıqlama verilib.

Müxtəlif media qurumlarında fotomüxbir kimi çalışan Mustafa Əyyadın İsrail ordusunun Qəzza şəhərinin cənubundakı Zeytun məhəlləsindəki evinə hücumu nəticəsində həyatını itirdiyi bildirilib.

Açıqlamada Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 142-yə yüksəldiyi bildirilib.

Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər