Ru
17:22 / 24 Noyabr 2022

Daha bir qalmaqallı məhkəmə prosesi başladı

1596
Gəncə Ağır Cinayətlər Məhkəməsində çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadədə və külli miqdarda rüşvət almaqda təqsirləndirilən Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakupost.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aynur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər