Ru
16:29 / 08 İyun 2024

Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb

Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb
Eye

Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.

Bakupost.az -ın məlumatına görə, hazırda Gəncə şəhərində güclü yağış yağır.

Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.

Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.

Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar