Ru
09:38 / 29 Aprel 2024

Daşqınlar Çini vurdu - Həyat iflic oldu

1341
Çinin cənubunda tornado baş verib. 5 nəfər ölüb, 33 nəfər yaralanıb. Bei çayı son 50 ilin ən yüksək səviyyəsinə çataraq daşqınlara səbəb olub. 141 fabrik də zərər görüb.

Bakupost.az xəbər verir ki, Çinin musson bölgəsində daşqın mövsümü erkən başlayıb. May-iyun aylarında gözlənilən daşqın həyatı iflic edib. Ölənlər və yaralananlar olub. Ölkədə tornado ilə yanaşı daşqınlara qarşı mübarizə də davam edir. Son günlər qeydə alınan rekord yağışlar bütün bölgədə binaların, kənd və şəhərlərin su altında qalmasına səbəb olub.

Əyalət rəsmiləri Bei çayının son 50 ilin ən yüksək səviyyəsinə çatacağını gözlədiklərini açıqlayıb. Mediada xilasetmə qruplarının insanları avtomobillərdən və evlərdən çıxararaq su basmış yollarda şişmə qayıqlarla aparması görüntüləri yayılıb. Bölgədə 82 mindən çox ev təxliyə edilib. Fırtına səbəbindən ştatda 1,16 milyon ailə işıqsız qalıb, mindən çox məktəb bağlanıb.

Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər