Ru
18:44 / 16 May 2024

Dəmirtaşın cəzası artırıldı... - 43 il 8 ay həbs

1233
Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəddin Dəmirtaşa hökm oxunub.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara 22-ci Ağır Cəza Məhkəməsində yekun hökm 43 il 8 ay olub.

Qeyd edək ki, HDP 2014-cü il oktyabrın 6-da "İŞİD"in Kobaniyə (Eyn əl-Ərəb) qarşı həyata keçirdiyi hücumları bəhanə edərək 35 rayonda icazəsiz mitinqlər keçirmişdi. Hadisələr zamanı 33 nəfər ölmüş, 2 polis şəhid olmuş, 221 mülki vətəndaş və 139 polis isə yaralanmışdı. Mitinqlərdə 25-i icra hakimiyyəti, 67-si hüquq-mühafizə, 29-u siyasi partiya, 212-si məktəb olmaqla ümumilikdə 1 113 binaya zərər dəymişdi. Aksiyalarda özəl, bələdiyyə, təcili tibbi yardım və polis avtobilləri yandırılmış və ümumilikdə 1 177 nəqliyyat vasitəsi istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər