Ru
16:48 / 20 May 2025

Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...

Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Eye

"Azərbaycanda Kəbənin tikilməsi müsəlman dünyasında birmənalı qarşılanmayacaq".

Bunu Milli Məlisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deputat Qüdrət Həsənquliyevin Naxçıvanda Kəbə tikilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib:

“Bu bir reallıqdır ki, Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Bu potensialdan çox yaxşı istifadə etməliyik. Bu yolla ölkəmizə çoxlu turist cəlb edə və böyük vəsait qazana bilərik. Bu baxımdan “Əshabi-Kəhf” mağarası da xüsusi əhəmiyyətə malikdir. Dünya miqyasında tanıdılmasına ciddi ehtiyac var. Ola bilsin, həmkarım Qüdrət Həsənquliyev açıqlamasında bu məsələnin əhəmiyyətinə diqqət çəkmək istəyib.

Ümumilikdə İslam dünyasında "Quran"da adı çəkilən “Əshabi-Kəhf” mağarasının 3 müsəlman ölkəsindən birində olması ilə bağlı fikirlər var. Bu mağaraların biri Azərbaycanda, biri Türkiyədə, biri isə İordaniyadadır.
Kəbə məsələsinə gəldikdə onun müqəddəs yer olması dinimizə əsasən, Allah-Təala tərəfindən müəyyən edilib. Onun ikincisini haradasa tikmək və ya yerini dəyişməklə, çoxlu insanı ora ziyarətə cəlb etmək qeyri-mümkündür,” – deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, deputat, Ədalət, Hüquq, Demokratiya partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycanda yeni Kəbənin yaradılmasını təklif edib. O bildirib ki, Naxçıvanda yerləşən “Əshabi-Kəhf”də Kəbənin eynisini tikmək olar.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar