Ru
16:02 / 04 Aprel 2024

"Dilimiz Qarabağdakı torpaqlarımız kimi minalanıb" - Seyran Səxavət

2353
"Azərbaycan dili deyilən bir dil, onun içində də xeyli başqa dil yaranıb: Hüquq-mühafizə orqanlarının, həkimlərin dili və s. Məni ən çox narahat edən odur ki, Azərbaycan dili reanimasiya vəziyyətindədir".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Dil Qurumunun "Qanunların dili və kargüzarlıq" mövzusunda keçirdiyi tədbirdə tanınmış yazıçı Seyran Səxavət bildirib.

O qeyd edib ki, insanları din, bütün bəşəriyyəti isə dil tənzimləyir:

"Dildəki israfçılıq məişətimizə, həyatımıza da keçdi. And içəndə də israfçılıq edirik. Məsələn, deyir ki, on iki imam haqqı, bunun 1-nə and iç, 11-ni qara günə saxla da. Bir də görürsən, deyir, 124 min peyğəmbər haqqı".

S.Səxavət qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Qrupu xeyli iş görüb, KİV-in diliylə bağlı kitablar çap edib:

"O kitablara baxmışam. Sanki dilimiz Qarabağdakı torpaqlarımız kimi minalanıb. O, kitablar isə dilimizin minalanmış xəritəsidir. Azərbaycan dilinin reanimasiyada olmasının bir nömrəli baiskarı televiziyalarımızdır. Dili qorumağın ən yaxşı vasitəsi onu çirkəndirməməkdir. Ailə-Uşaq Komitəsi adlı qurumun adında niyə kişilərlə bağlı bir söz yoxdur? Onda belə çıxır ki, bizim evdə heç bir rolumuz yoxdur?"

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar