Ru
12:35 / 16 Mart 2023

"DİM səlahiyyətini aşır, imtahan mexanizmi dəyişməlidir” - Ekspert

13771
“Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin imtahan və müsabiqələrini həyata keçirən publik hüquqi şəxsdir. Bu qurum 31 illik təcrübəyə malikdir. Amma reallıq budur ki, bu 31 il ərzində cəmiyyət və dövlət inkişaf etdikcə, DİM-in imtahan mexanizmində də dəyişiklik edilməli idi. Lakin təəssüflər olsun ki, biz dəyişikliyi görmədik”.





Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.


Ekspert bildirib ki, DİM-in bugünkü imtahan mexanizmi Azərbaycan gəncini öz istədiyi ixtisas üzrə təhsil alıb dövlətə və cəmiyyətə fayda vermək imkanından məhrum edir:


"Bu, çox ciddi məsələdir.​ Bu gün insanların çoxu işlədikləri peşəyə çox da bağlı deyil. Bu problemləri rahatlıqla aradan qaldırmaq olar. Belə ki, qrup imtahanları ixtisaslar üzrə keçirilməlidir”.


Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi artıq səlahiyyətlərini aşır:


“Təklif edirəm ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınsın. Dövlət İmtahan Mərkəzinin özünün proqramı, dərs vəsaitlərinin olması, eləcə də imtahanları bu şəkildə keçirməsi ölkədə repetitorluğun günü-gündən daha da genişlənməsinə səbəb olur. İmtahan sualları orta məktəb proqramına əsasən, tərtib olunmalıdır. İmtahanlar da abituriyentlərin real bilik və bacarıqlarının qiymətləndirilməsi fonunda aparılmalıdır. Dövlət İmtahan Mərkəzinin isə öz proqramı var və imtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. Çünki DİM sualları​ həmin vəsaitlərə əsasən hazırlayır. Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqca göstəricilər aşağı olacaq”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər