Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:14 / 28 Noyabr 2024

Döyüş meydanındakı qəzəb futbola da sıçradı - FOTO

1530
Ukrayna ilə Rusiya arasında üç ilə yaxındır davam edən müharibənin təsirləri futbol meydanlarında da görünməkdədir.

Bakupost.az QOL.az-a istinadən xəbər verir ki, dünən keçirilən Çempionlar Liqasının 5-ci turunun "Monako" - "Benfika" görüşündə baş verən hadisə səs-küyə səbəb olub.

Matçdan əvvəl futbolçuların görüşü zamanı "Benfika"nın ukraynalı qapıçısı Anatoli Trubin rəqibin rus futbolçusu Aleksandr Qolovinin əlini sıxmayıb. Trubin hamı ilə görüşsə də, Qolovinə çatarkən başını yana çevirib və rəqibə salam verməyib.

Bu zaman Qolovinin Trubinə yönələn təəccüb dolu baxışı diqqətdən qaçmayıb.

Qeyd edək ki, matç 3:2 hesabı ilə "Benfika"nın qələbəsi ilə yekunlaşıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar