Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Kərimov Rəhman Rauf oğlu müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.
Bu barədə
"Bakupost"a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.