Ru
15:50 / 11 İyun 2024

DTX-dən əməliyyat - Casusluq edən əcnəbi saxlanıldı

DTX-dən əməliyyat - Casusluq edən əcnəbi saxlanıldı
Eye

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Sohrabi Akbar Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.

DTX İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar