Ru
07:52 / 17 May 2022

Dünyanın ən bahalı fotosu

Dünyanın ən bahalı fotosu
Eye

Man Reyin “Enqrin skripkası” əsəri “Christie's” hərracında rekord qiymətə - 12,4 milyon dollara satılıb.


Bakupost.az xəbər verir ki, o, hərraca çıxarılan tarixin ən bahalı fotoşəkili olub.

Amerikalı sürrealist rəssamın 1924-cü ildə çəkdiyi ağ-qara şəkildə çılpaq qadın bədəni skripkaya çevrilib. Şəkildə Man Reyin ilham perisi Kiki de Montparnas əks olunub.

Qeyd edək ki, bundan öncə dünyanın ən bahalı fotoşəkli Andreas Qurskinin 2011-ci ildə 4,4 milyon dollara alınmış “Reyn II” əsəri sayılırdı.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar