Ru
15:47 / 07 Mart 2023

Dünyanın ən yaxşı hava limanları - Siyahı

12501
Beynəlxalq aviasiya sənayesinin ən yaxşıları müəyyən edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Airports Council International (Beynəlxalq Hava Limanları Şurası) və səyahət texnologiyası şirkəti Amadeus sorğu təşkil edib.

Sorğuda 465 min insan iştirak edib. Sərnişinlər arasında aparılan sorğu, qeydiyyat, naviqasiyanın asanlığı, alış-veriş və nahar da daxil olmaqla 30 faktor əsasında müəyyən edilib.

“Ən yaxşı hava limanları” siyahısında həm İstanbul Hava Limanı, həm də Ankara Esenboğa Hava Limanı ilk 10-luqda yer alıb.

Proqram, sərnişin məmnunluğunu, biznes fəaliyyətin, hava limanında xidmət keyfiyyətini ölçmək və təkmilləşdirmək üçün alternativlər təklif edir.

Yüksək sərnişin tutumuna malik, ildə 40 milyondan çox sərnişinə ev sahibliyi edən hava limanları arasında aşağıdakılar da var:



Çatrapati Shivaji Maharaj, Mumbay, Hindistan



İndira Qandi, Delhi, Hindistan



Quançjou Baiyun, Çin



Şanxay Pudonq, Çin




Şenzen Bao’an, Çin




Çangi, Sinqapur




Roma Fiumicino, İtaliya



İstanbul Havalimanı, Türkiyə



Dallas Fort Worth, Texas-ABŞ



San Fransisko Beynəlxalq Havalimanı, Kalifornia, ABŞ

İldə 25-40 milyon arası sərnişin qəbul edən ən yaxşı hava limanları isə bunlardır:

Gimpo İnternational Airport, Cənubi Koreya
Pekin Daxinq, Çin
Afina Hava Limanı, Yunanıstan
Palma de Mallorca, İspaniya
Sürix Hava Limanı, İsveçrə
Detroit Metropolitan Wayne County, ABŞ
Minneapolis/St Paul , ABŞ

Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər