10.12.2024, 22:09
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.
Bu barədə
Bakupost.az -a mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.
Xatırladaq ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən sonra Heydər Əliyev Fondu tərəfindən ev təmir olunmuşdu.
Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib. O, Azərbaycanın müstəqillik mübarizəsində mühüm rol oynayan siyasi xadimlərdən biridir.
***
11.12.2024, 10.30
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, Elçibəyin evindən oğurluq etməkdə şübhəli bilinən Səmid Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Elnur, BakuPos
Əcəb zəka, əcaib oğurluqdur. Ölkəmizdə sadə Ev-muzey də qarət edilərmiş?