Ru
11:52 / 16 İyun 2025

Əkrəm İmamoğlunun məhkəməsi başladı

Əkrəm İmamoğlunun məhkəməsi başladı
Eye

Bir müddət əvvəl həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu İstanbul Baş prokuroru Akın Gürleklə bağlı iş üzrə hakim qarşısına çıxarılıb.

Bakupost.az xəbər verir ki, İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin Silivridəki Mərmərə Həbsxanasının qarşısındakı zalda keçirilən iclasda başqa onun vəkilləri, CHP sədri Özgür Özəl və partiya üzvləri qatılıb.

Hakim bildirib ki, işin mahiyyəti üzrə dövlət ittihamçısı tərəfindən hazırlanmış rəy materiala əlavə edilib.

Rəydə İmamoğlunun “dövlət məmurunu təhqir etmə”, “hədələmə” və “terrorla mübarizədə iştirak etmiş şəxsləri hədəfə alma” cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi istənilib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar