Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:31 / 05 İyun 2024

Elçin Sadıqovu hədələyən şəxs həbs edildi

1759
Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb.

E.Sadıqovun sözlərinə görə, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib.

Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar