Ru
11:30 / 01 May 2024

"Elektron resept qadağan olunan dərmanların qarşısını ala bilər” - Ekspert

2780
“Vətəndaşlar özbaşına, həkim məsləhəti olmadan dərmanlar alıb istifadə edirlər. Bunun da ciddi fəsadları olur. Bu kimi halları aradan qaldırmaq üçün reseptlər elektronlaşdırılıb. Elektron resept apteklərdə qadağan olunmuş dərmanların dövriyyəsini, həm də həkim resepti olmadan özbaşına dərman alınmasının qarşısını ala bilər. İnsanlar dərmanların fəsadlarından zərər çəkməzlər”.




Bunu iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a söyləyib.

O qeyd edib ki, bu təcrübə bəzi ölkələrdə var. Amma Azərbaycanda onun tətbiqinin nə qədər səmərəli olacağı məlum deyil:

“Bəs görəsən, apteklər necə, yeni qaydalara əməl edəcəklərmi? Bu müəyyən qədər sual altındadır. Ciddi nəzarətə ehtiyac var. Elektron reseptin tətbiqi yaxşı haldır. Effektiv olub-olmadığı isə bir müddət sonra bilinəcək”.

Ekspert vurğulayıb ki, insanlar xəstəliklərini müalicə etmək üçün dərmanlardan özbaşına istifadə edirlər. Çünki həkimə müraciət edib resept yazdıranda ona pul verməlidirlər. Bəzi insanların isə buna maddi imkanı çatmır:

“Tibbi sığorta sistemi normal qaydada çalışarsa, həkim xəstədən pul istəməz. Bu istiqamətdə nəticə əldə etmək üçün görülən iş sistemli olmalıdır. Həm sığorta işləməli, həm də dərmanların reklamının qarşısı alınmalıdır”.

Qeyd edək ki, elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Elektron resept sistemi vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə görünəcək.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər