Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:05 / 29 Mart 2024

"Əliğa Vahid də meyxanada söyüşdən istifadə edirdi" - Əli Mirəliyev

3897
“Meyxanada həmişə söyüş olub. Mən 55 il bundan qabaq toylarda oxuyanda axırda meyxanaçılara söz verilirdi. Cavan meyxanaçılar deyişməyə başlayırdılar”.

Bunu Bakupost.az -a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

O, hətta Əliğa Vahid kimi ustadın da meyxanada söyüşdən istifadə etdiyini bildirib:


“Onda da meyxana deyənlərin bir-birini sözlə, söyüşlə bağlamağı vardı. İndisə meyxanaya toyun ortasında yer verirlər. Bəy və gəlin məclisdə oturub, meyxanaçılar da deyişir. Bu, əlbəttə ki, biabırçılıqdır. Meyxanada kimin söz ehtiyatı çoxdursa, o qalib gəlir. Keçmişdə meyxanada söyüş olub, bunu qulağımla eşitmişəm. Əliağa Vahidin özü də meyxanda “köpəyoğlu” kimi sözlərdən istifadə edib”.

Ə.Mirəliyev bu gün meyxanaya görə deyil, gənclər arasında yayılan narkomaniyaya görə daha çox narahat olduğunu vurğulayıb:

“Meyxananı bir qırağa qoyub gənclər arasında yayılan narkomaniyadan danışmaq lazımdır. Biz bununla uçuruma gedirik. Əlli ildən sonra biləcəyik ki, narkotiklə kökümüzü kəsdilər”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları sərt tənqid edib. Müğənni bildirib ki, bəzi meyxanaçılar küçə sözlərindən istifadə edir:

“Qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Söz tapmırsansa, sus. Küçə söyüşlərini, pis vərdişləri uşaqlara aşılayırlar. Heç sözlərimizi də düzgün tələffüz etmirlər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar