Ru
20:53 / 28 May 2025

Əliyev və Ərdoğan Laçından Dehliyə mesaj verdi

Əliyev və Ərdoğan Laçından Dehliyə mesaj verdi
Eye

Azərbaycan və Türkiyə liderləri Hindistanla Pakistan arasındakı qarşıdurmada İslamabadın mövqeyini dəstəkləsələr də, Ankara və Bakı Hindistan əleyhinə açıqlama verməyiblər.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Rəcəb Təyyub Ərdoğan və İlham Əliyev Laçındakı çıxışlarında Hindistanla Pakistan arasındakı atəşkəsi və iki dövlət arasındakı dialoqu dəstəklədiklərini vurğulayıblar:

“Bu mesajı Dehlidə doğru oxumalıdırlar. Hindistandakı turizm şirkətlərinin Azərbaycan və Türkiyə ilə bağlı boykot çağırışları Hindistanın özünə zərər vura bilər. Rəsmi Dehli Azərbaycan və Türkiyə əleyhinə çağırışların qarşısını almalıdır. Əks halda, bu, Hindistanın Türkiyə və Azərbaycanla əməkdaşlığına zərər vura bilər və bu, Bakı ilə Ankaranın seçimi olmayacaq”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar