Ru
20:09 / 01 İyul 2025

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...
Eye

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə dövlət başçıları arasında Ukrayna Prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı müzakirə aparılıb.

Telefon söhbəti əsnasında ölkələr arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar