Ru
13:58 / 21 İyul 2025

Əliyevin bu sözü raşistləri dəli etdi: Azərbaycanla müharibə çağırışları başladı

Əliyevin bu sözü raşistləri dəli etdi: Azərbaycanla müharibə çağırışları başladı
Eye

İlham Əliyevin Ukraynaya ünvanlandığı “Heç vaxt işğalla barışmayın” mesajı Rusiyanın faşizmə söykənən media məkanında geniş əks-səda doğurub. Bundan əlavə, Qroznı səmasında Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən AZAL təyyarəsinin vurulması ilə bağlı Azərbaycanın beynəlxalq məhkəməyə təqdim etmək üçün sənədlər hazırlaması da rusların ürəyincə olmayıb.

Bu bəyanatlardan sonra rus təbliğatçıları eyni vaxtda Azərbaycana qarşı silahlı təcavüzə çağırışlar etməyə başlayıblar.

Məsələn, bloger Aleksey Jivov Əliyevin sözlərini “açıq-aşkar düşmənçilik” adlandırıb və Xəzər dənizinin “tezliklə yeni müharibə teatrına çevrilə biləcəyini” iddia edib. Bu arada “Zapiski Veterana” kanalı yazıb ki, Bakı “NATO-nun forpostuna çevrilir” və “şüurlu şəkildə Ukraynanın yolu ilə gedir”.

Rusiyanın digər tanınmış təbliğatçıları, o cümlədən Semyon Peqov (WarQonzo) Bakı ilə münaqişəni “qaçılmaz” adlandırıb və insanları “indidən buna hazırlaşmağa” çağırıb, Azərbaycanı “açıq rusofobiya”da ittiham edib.

Oxşar mesajlar Yuri Podolyak, Arxangel Spetsnaza və Majors tərəfindən idarə olunan kanallar tərəfindən yayılıb.

Elbəyi Həsənli, Sürix

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar