Ru
22:39 / 21 İyul 2025

Əliyevin Zəngəzur açıqlamasına İrandan tələsik cavab

Əliyevin Zəngəzur açıqlamasına İrandan tələsik cavab
Eye

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı İranın mövqeyi dəyişməz olaraq qalır.

Bakupost.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz region ölkələri arasında mübadilənin və əlaqələrin genişləndirilməsini dəstəkləyir və bəyənirik və həmişə vurğulamışıq ki, bu tədbirlər və bu keçidlərin yaradılması suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməli, həmçinin regionun geosiyasətində dəyişikliklər etməməlidir”, - Bəqai bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını təmin etməsə, özünü təcrid vəziyyətinə salacaq.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar