Ru
22:44 / 03 Aprel 2026

Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ

Ənənəvi yas məclislərinə SON:  Yeni ehsan növü BELƏ OLACAQ
Eye

Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib.

Bakupost.az xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra ehsan vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib. Sakin öz şəxsi vəsaiti hesabına kənd küçələrinə asfalt örtüyü çəkdirərək həm valideyninin xatirəsini yad edib, həm də yüzlərlə insanın gündəlik hərəkətini asanlaşdırıb.

Bu qeyri-adi ehsan növü sosial şəbəkələrdə və rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanıb. Layihəni həyata keçirən sakin bildirib ki, adətən insanlar yaxınlarını itirəndə geniş süfrələr açır, israfçılığa yol verən məclislər təşkil edirlər.

Lakin o, bu vəsaiti daha qalıcı və cəmiyyət üçün xeyirli olan bir işə — yol infrastrukturunun yenilənməsinə yönəltməyi daha doğru hesab edib.

Onun sözlərinə görə, atılan bu addım həm atasının ruhuna dua olunmasına vəsilə olacaq, həm də gələcək nəsillər üçün nümunəvi bir təşəbbüs sayılacaq.

Şərhlər
  • Nihat

    Birincisi yas məclislərində mən imkanlı şəxsin yemək yediyin görməmişəm. Orda yemək yeyən kasıb əhalidir. Daha yaxşı olar ki bir cür yemək sadə formada verilsin kifayətdir. O ki, qaldı yol çəkmək, su olmayan kəndə artizan quyusunun qazılması, bu işlər dövlətin, bələdiyyənin işdir. Hər kəz öz işi ilə məşğul olsa daha yaxşı olar.

  • Mustafayev Camal Yaşar oğlu

    Bakıdan başlamaq lazımdır

  • Kendci baba

    yemek verilmelidir!!!. uzaqdan gelenler nezere alinmalidir mal-qara saxlayan kendcilere daha yaxsi dolanmasi ucun. yemeyi kesmekle gorun ne qeder kendcilere ziyan vururlur!!!

  • Mamed Mamedov5

    Allah atana rəhmət etsin. Bəlkə bu avam xalqın gözü açıla

  • Rzayeva Günay Ramiz qızı

    ALLAH ABİDİN ŞAHMAR BELANIZI VERSİN OVLADARİVİZ OLSUN GÖZÜNÜZÜN QABAĞINDA

  • Anar

    Bu işləri görmək üçün doğmalarının ölməsinə ehtiyac yoxdur. Diri ikəndə etmək olar.

  • Əmin

    Yolları camaat niyə düzəltməlidir. Mən gedib pulu verib ata anam üçün namaz qıldırıb oruc tutduraram Quran oxutduraram onun savabı daha yüksəkdir. Çünki namaz qalmayan oruc tutmayan insanın o dünyada rahatlığı yoxdur. İbadətlərin sorğu sualı o dünyada çox çətindir. Ehsan vermək əvəzinə dünyadan gedənlərimin o dünyasını düzəldib cəhənnəm atəşindən qurtararam.

  • M.Rzayev

    Halal olsun.

  • Hesen

    Cox gozel bir addimdir

  • Xeqani Shirali

    Xəbər başlığıni kim yazıbsa evdə arvadına,qızı varsa qızına,anasına,vapşe sülaləsində nə qədər qadın varsa hamısı ilə ele bil ki bazdig elədim.Bu yazımı onlara göstər,de ki pulu belə qazanıram sizə.onlar da işlərin bilib yaxşı hazırlassinlar.her halda tek mən deyiləm bazdig edən onlarla

  • Gunay Ekberova

    Ela hami bele etse ela olar

  • Sadıqov Şerafet

    Ehsan çay süfresi olması bəs edir. Amma yolları çəkdirmək dövlətin və adiyyatı qurumların işidir ! Əhali uşaqpulusuz öz ailəsini güclə təmin edir.dövlətin görəcəyi işi insanlara yükləməsinlər.

  • Ramin ismayilov

    Ehsanin sadece yeyenlerin medesine xeyri var. Mukemmel tesebbus

  • Hikmat Mustafayev

    Çox yerdə ev sahibi ehsanı yerli əhalinin köməkliyi ilə verir.yəni hamının ehsan verməyə,yol duzeltdirməyə pulu olmur.ən yaxşisi isə ehsanı ümumiyyətlə ləğv edilməsidir.yalniz çay süfrəsi.

  • anonim

    dövlət nə işə yarayır, ancaq vergi almağa

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar