Ru
15:19 / 22 May 2025

Ərdoğan hakimiyyətdən gedir? - Özü AÇIQLADI

Ərdoğan hakimiyyətdən gedir? -  Özü AÇIQLADI
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni bir Konstitusiyaya ehtiyacı olduğunu bildirərək, yenidən prezidentliyə namizədliyinin prioritet olmadığını deyib.

Bakupost.az "Anadolu"ya istinadən xəbər verir ki, ölkə başçısı bu barədə jurnalistlərə açıqlmasında danışıb.

“Təkrar seçilmək və ya prezidentliyə namizəd olmaq kimi bir dərdim yoxdur. Tək dərdimiz ölkəmizin nüfuzunu yaxşılaşdırmaqdır. Türkiyə dəyişir, dünya dəyişir. Biz artıq yeni bir dövrdə yaşayırıq. Köhnə Türkiyədə çevriliş zamanı hazırlanmış və hələ də çevriliş zehniyyətini daşıyan bir Konstitusiya ilə bu qədər sürətlə dəyişən bir dünyada uğur qazana biləcəyimizi düşünürsünüzmü? Türkiyə artıq çevriliş edənlərin yazdığı bir Konstitusiya ilə irəliləyə bilməz. Bizə çevrilişçilərin yox, mülki şəxslərin təklif etdiyi bir Konstitusiya lazımdır,” – deyə Ərdoğan bildirib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar