Ru
21:19 / 09 İyul 2025

Erməni deputatdan Samvel Karapetyanla bağlı çağırış: BİRLƏŞƏK!

Erməni deputatdan Samvel Karapetyanla bağlı çağırış: BİRLƏŞƏK!
Eye

Ermənistan parlamentinin müxalifətçi deputatı, Respublikaçılar Partiyasının üzvü Tiqran Abramyan bəyan edib ki, iş adamı Samvel Karapetyanın ətrafında birləşmək mümkündür.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə açıqlamasında danışıb.

Abramyan qeyd edib ki, siyasi mübarizədə əsas şəxsiyyətlər deyil, ideyalar ətrafında birləşmək vacibdir.

Onun sözlərinə görə, Samvel Karapetyanın şəxsiyyəti və onun bir sıra simalarla, o cümlədən keçmiş prezident Serj Sarkisyanla münasibətləri nəzərə alınarsa, “əyləşib danışmaq və məsləhətləşmək imkanı” mövcuddur. Lakin o, hadisələrin qabaqlanmamasını və bu yeni qüvvənin tam formalaşmasını gözləməyi tövsiyə edib.

Xatırladaq ki, həbsdə olan Karapetyan az öncə istintaq təcridxanasından cəmiyyətə ünvanladığı mesajında Ermənistanda “tamamilə yeni prinsiplərə əsaslanan bir güc” ətrafında birləşmək zamanının yetişdiyini və artıq “bir yumruq kimi” hərəkət etməyin vacibliyini bildirmişdi.

Samvel Karapetyanın bu çağırışı fonunda Ermənistan daxilindəki bəzi siyasi dairələr onun ətrafında yeni müxalif cəbhənin yaranacağı ehtimalını açıq şəkildə müzakirə edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar