Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:00 / 14 Oktyabr 2024

Erməni əsilli alim Nobel mükafatı aldı

3200
İqtisadiyyat elmləri üzrə 2024-cü il Nobel mükafatını amerikalı alimlər Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinsona "instituların necə formalaşdığı və onların rifah halına necə təsir etdiyi ilə bağlı araşdırmalarına görə" alıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin saytında deyilir.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Avropa müstəmləkəçiliyindən təsirlənən dövlətlərin rifahındakı fərqlər müstəmləkələrdə dəyişdirilmiş və ya süni şəkildə yaradılmış sosial institutlara əsaslanır. Sosial institutlar və ya müəlliflərin təsvir etdiyi kimi - inklüziv institutlar yoxsul ölkələrdə yaradılırdı. Bu, zaman keçdikcə əhalinin ümumi rifahına səbəb oldu. Alimlər iddia edirlər ki, bu institutlar bir vaxtlar zəngin olan keçmiş koloniyaların indi yoxsul olmasının (və əksinə) əsas səbəbidir.

Qazeta.ru-nun yazdına görə, laureatların adları Nobel Komitəsi tərəfindən Stokholmda Karolinska Tibb İnstitutunda keçirilən mərasimdə təqdim edilib.

Qeyd edək ki, iqtisadiyyat üzrə Nobel mükafatını alan üç alimdən biri - Daron Acemoğlu erməni əsilli mütəxəssisdir. O, 1967-ci ildə Türkiyədə anadan olub.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar