Ru
17:10 / 02 Aprel 2024

Ermənilər atəşkəsi pozdu - Fransız deputatın yalanı faş oldu

1362
"Ermənistan işğalçı deyil və Azərbaycana hücum etməyi planlaşdırmır".

Bakupost.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel "X" sosial şəbəkəsində bildirib.

O, Avropa İittifaqınin ali nümayəndəsi Jozep Borrelə də müraciət edib.

“Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının məlumatlarına istinad edən Toivo Klaar açıq şəkildə bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində qeyri-adi hərbi hərəkətlər müşahidə olunmayıb. Borrel, siz təcili olaraq Aİ adından danışmalısınız və xüsusi nümayəndənizin bəyanatını təsdiqləməlisiniz: Ermənistan təcavüzkar deyil və Azərbaycana hücum etməyi planlaşdırmır”, - Petel qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutulduğunu açıqlayıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər