Ru
15:10 / 01 Aprel 2024

“Ermənilər təxribat hazırlayır, döyüşlər başlaya bilər” - Hərbi ekspert

2466
“Ermənistanın şərti səhədə ordu cəlb etməsi narahatçılıq yaradan haldır. Düzdür, bu gün Ermənistan ordusunun qarşıdurma yaratmağa gücü yoxdur. Ancaq sözsüz ki, biz qarşıdurmaya hazır olmalıyıq”.



Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

O, Ermənistanın Azərbaycanı təxribata çəkmək üçün bu cür addımlar atdığını bildirib:

“Azərbaycan ordusu təbii ki, cavab atəşiylə onları darmadağın edər. Amma o zaman Ermənistan yenə çalışacaq ki, Azərbaycanı dünyaya işğalçı dövlət kimi təqdim etsin. Bizim müharibəyə hazırlaşdığımız barədə təbliğat aparacaqlar”.

A.İsazadə Ermənistan ordusunun şərti sərhəddə hərəkətinin Paşinyanın göstərişi ilə olduğunu istisna etməyib:

“Çünki Paşinyan özü "Azərbaycan müharibəyə hazırlaşır" deyə bəyanat vermişdi. İndi o, bu bəyanatını gücləndirmək üçün qoşunları şərti sərhədə yığır. Paşinyan izah etməyə çalışır ki, müharibə təhlükəsi var, ya müharibəni başlamalıyıq, ya da Qazaxın 4 kəndini Azərbaycana qaytarmalıyıq. Paşinyan öz xalqını qorxutmaq üçün də bu addımı ata bilər. Amma təhlükə ondadır ki, qoşun cəbhə zonasında toplaşıbsa, hər an təsadüfi atəş, təxribat ola və döyüşlər qızışa bilər.

Azərbaycan sözsüz ki, cavab atəşi açacaq və o zonanı neytrallaşdıracaq. Amma istisna etmirəm ki, bu halda Azərbaycan beynəlxalq təzyiqlərlə də üzləşə bilər”.

Qeyd edək ki, Müdafiə Nazirliyi son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnika, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə olunduğunu bildirib.

Vasif Əlihüseyn
BakuPos
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər