Ru
12:45 / 30 Aprel 2024

"Ermənistan bu qərarı öz xoşuna vermədi" - Deputat

1398
“İşğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır. Ancaq müəyyən qüvvələr var ki, sülhü istəmir. Onlar hər vəclə sülhün olmamasına çalışırlar. Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti daxildəki revanşist kəsimə qalib gəlməlidir”.



Bunu Bakupost.az -a millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, hansısa fors-major vəziyyət yaranmasa, yaxın zamanlarda sülh sazişinin imzalanması realdır:

“Rəsmi İrəvanın işğalda olan 4 kəndi qaytarması müsbət haldır. Düzdür, Ermənistan bu qərarı öz xoşuna vermədi, amma hər halda, müsbət addımdır. Eyni zamanda, kəndlərin qaytarılmasına etiraz edən azsaylı kəsimə qarşı rəsmi İrəvanın yanaşması da adekvat oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyəti müstəqil davrana bilsə, sülhə əngəl dairələrin sözü ilə oturub-durmağı kənara qoyarsa, sazişin imzalanması üçün hansısa əngəl yoxdur”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər