COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və inklüziv platforma yaradıb.
Bakupost.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev APA-ya müsahibəsində Ermənistanın COP29-da mümkün iştirakına dair suala cavabında bildirib.
“Biz bütün ölkələrin, o cümlədən Ermənistan rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik”, - Muxtar Babayev vurğulayıb.
COP29-un müəyyən olunmuş Prezidenti qeyd edib ki, Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini imzalayıb: “İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və müsbət nəticələrə töhfə verəcək”.