Ru
13:11 / 30 Aprel 2024

"Ermənistan məzar yerlərinin siyahısını verməkdən imtina etdi" - Eldar Səmədov

1465
"Ermənistan tərəfinin mina terorru hələ də davam edir. Əvvəl itkin düşən şəxslərin kimliyinin müəyyən edilməsinə mane olan işğal faktoru idisə, Vətən müharibəsindən sonra mina təhlükəsidir".

Bakupost.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O, Ermınistanın itkin düşən şəxslərin məzar yerlərinin siyahısını Azərbaycana vermədiyini bildirib:

"İtkin düşən şəxslərin tapılmasında problemlərdən biri də Ermənistan tərəfinin məzar yerlərinin siyahısını Azərbaycana verməməsidir. Beynəlxalq Təşkilatlar vasitəsiylə sorğu göndərsək də, onlar bunu verməkdən imtina ediblər.

İtkin düşmüş şəxslərlə bağlı dəqiq məlumatlar Ermınistan tərəfindədir. Dövlət komissiyası dəfələrlə bəyan edib ki, Ermənistanın Dövlət Komissiyası ilə itkinlərin taleyi ilə bağlı əməkdaşlığa hazırıq".

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər