Ru
12:55 / 09 Mart 2023

Ermənistan özünə sahib axtarır - Açıqlama

3808
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə erməni könüllülərin səngər qazdıqlarına dair görüntülər yayılıb. Bu da Ermənistanın müharibəyə başlayacağı ilə bağlı sual doğurub.




Mövzu ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Bakupost.az-a açıqlama verib.

O, Ermənistanın müharibəyə başlamaq imkanı olmadığını qeyd edib:

“Paşinyan hökuməti ictimaiyyəti sakitləşdirmək üçün Hindistandan ucuz qiymətə keyfiyyətsiz silah alır. İstəyirlər əhali görsün ki, guya ordunu bərpa edirlər, hərbi sahədə işlər görürlər və s. Amma burada əsaslı bir şey yoxdur. Onların müharibə etmək iqtidarında deyillər. Aldıqları silahlar da müasir silahlar deyil. Ermənistana hazırda ciddi dəstək göstərən ölkə İrandır. Onlar silah da verir, siyasi dəstək də göstərir”.

Millət vəkili Ermənistanın bölgədə sülhə qarşı olduğunu, bu ölkənin Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözlədiyini vurğulayıb:

“Erməni cəmiyyətində elə qüvvələr var ki, onlar müharibə, revanş istəyirlər, bölgədə sülh və əmin-amanlığa qarşıdırlar. Bunu nəzərə almalıyıq. Amma Ermənistan heç bir addım atmır. Sanki gözləyir ki, kimsə əvvəlki kimi gələcək, onların yerinə vuruşacaq və Azərbaycanın ərazisini işğal edəcək. Bu dövlət indiyə qədər hansı istiqamətə gedəcəyi barədə seçim etməyib. İndi Ermənistanın gözləntiləri Ukrayna müharibəsinin necə sonlanacağıdır. Sonra özünə sahib axtarışına çıxacaq”.


Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər