Ru
15:39 / 07 Dekabr 2024

Ermənistan referenduma gedir? - Paşinyan açıqladı

Ermənistan referenduma gedir? - Paşinyan açıqladı
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa Birliyi (AB) üzvlüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.

“Ermənistanın Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb. Yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq”, - deputat qeyd edib.

Xzmalyan əlavə edib ki, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar