Ru
20:09 / 14 İyul 2025

Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar... - Tramp

Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar... - Tramp
Eye

Azərbaycan və Ermənistan arasında danışıqlar uğurla yekunlaşmağa yaxındır.

Bakupost.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

"Ermənistan və Azərbaycan... Deyəsən, hər şey sona çatır - uğurlu nəticəyə çatmaq üzrədir", - o bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Şurası prezidenti Antoniu Koşta ilə birgə Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə keçirdiyi üçtərəfli görüşdə deyib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında ən tez zamanda sülh müqaviləsinin bağlanacağına ümid edir.

“Azərbaycanda sülh müqaviləsinin layihəsi on illiklərlə sürən düşmənliyə son qoyacaq həlledici bir andır və mən onun ən tez bir zamanda imzalanacağına ümid bəsləyirəm”, - deyə fon der Lyayen bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar