Ru
10:42 / 11 İyul 2025

Moskvadan xəbərdarlıq - Zəngəzur dəhlizinin açılması...

Moskvadan xəbərdarlıq - Zəngəzur dəhlizinin açılması...
Eye

Rusiya İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya bildirib.

Diplomat vurğulayıb ki, normallaşmaya doğru hərəkətin əsas istiqamətləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illər üzrə üçtərəfli sazişlərində öz əksini tapıb.


"Hesab edirik ki, bu istiqamətlərdə hərəkət etmək lazımdır: sülh sazişinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və sonradan demarkasiya edilməsi, Ermənistan və Azərbaycan parlamentləri ilə vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması. Və təbii ki, Rusiya üçtərəfli razılaşmaların iştirakçılarından biri kimi hər iki tərəfin onların həyata keçirilməsinə əlverişli formada töhfəsini verməyə hazırdır", - Qaluzin bildirib.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar olub.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar