Ru
21:07 / 23 Noyabr 2026

Eston diplomat yenə Rusiya XİN-ə çağırıldı - Etiraz

Eston diplomat yenə Rusiya XİN-ə çağırıldı - Etiraz
Eye

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuhtegi növbəti dəfə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, diplomata Rusiyaya qarşı irəli sürülən ittihamlarla və Estoniya hakimiyyətinin dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə əlaqədar etiraz bildirilib.

Moskva, həmçinin Tallini Kiyevi dəstəkləməkdə və Ukraynaya məxsus pilotsuz aparatların uçuşu üçün öz hava məkanını təqdim etməkdə ittiham edib.

Eyni zamanda, Estoniyanın Baltik dənizindəki hərəkətlərindən narahatlıq ifadə olunub. Rusiya XİN bəyan edib ki, Estoniya hakimiyyəti Rusiyaya məxsus yük gəmilərinin hərəkətinə mane olmağa çalışır. Həmçinin oktyabr ayında Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitinə qoyulmuş qadağa xatırladılıb.

Qeyd edək ki, diplomat noyabrın 20-də də XİN-ə çağırılmışdı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar