Estoniya parlamenti 1944-cü ildə Krım tatarlarının deportasiyasını soyqırım aktı kimi tanıyan qətnamə qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə parlamentin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, 101 deputatdan 83-ü qətnamənin lehinə səs verib.
Qeyd edək ki, 1944-cü il mayın 18-20-də 250 minə yaxın Krım tatarı Orta Asiyaya deportasiya edilib. Onların təxminən yarısı yol boyu aclıq, xəstəlik və dözülməz şəraitdən ölüb. Hakimiyyət deportasiyanı Krım tatarlarının bəzi nümayəndələrinin nasist Almaniyasının tərəfində vuruşması və işğalçı hakimiyyətlə əməkdaşlıq etməsi ilə əsaslandırıb.
1989-cu ilin noyabrında SSRİ Ali Soveti Krım tatarlarının deportasiyasının qanunsuz olduğunu bildirib və onu cinayət kimi tanıyıb.
Zaur, BakuPost